AZ

Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin sonuncu günü keçirilir (FOTO)

Bakı. Trend:

Bakıda sayca 18-ci Azərbaycan Beynəlxalq Kənd TəsərrüfatıSərgisi ("Caspian Agro") və 30-cu yubiley Azərbaycan BeynəlxalqQida Sənayesi Sərgisinin ("InterFood Azerbaijan") sonuncu -dördüncü günü öz işinə başlayıb.

Trend xəbərverir ki, sərginin sonuncu günü olmasına baxmayaraq, yenə dəaktivlik müşahidə olunur.

Belə ki, sərgidə müxtəlif ölkələrin kənd təsərrüfatı sektoruüzrə texnoloji həllərdən tutmuş toxumçuluq şirkətlərinə qədərməhsullarını təqdim etməsi iştirakçıların böyük marağına səbəb olubvə bu da nəticədə iştirakçı sayına bilavasitə təsir edib.

Eyni zamanda, bu gün sərgi çərçivəsində keçiriləcək forum vəpanel sessiyalar da öz aktuallığı ilə xüsusi önəm kəsb edir.

Bugünkü gündəliyə "Qızıl Şah 2025" Beynəlxalq KulinariyaÇempionatı, “Dövlət-özəl tərəfdaşlıq çərçivəsində Aqronomların IIForumu”, "Simon Şiller: Almaniyaya idxal-ixrac şərtləri haqqındaməlumat" daxildir.

Qeyd edək ki, bu gün sərgi üzrə heyvandarlıq, süni intellekt vəs. sahələr üzrə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumukeçiriləcək. Forum çərçivəsində müxtəlif panel müzakirələr -"Heyvandarlığın dayanıqlı inkişaf perspektivləri, çağırışlar vəinnovativ yanaşmalar", "Süni intellektin aqrar sahədə tətbiqi"forumları təşkil olunacaq.

Bunlarla yanaşı, "Mərkəzi Asiya və Qafqazda balıqçılıqtəsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının(CACFish) Texniki Məsləhət Komitəsinin (TAC) yeddinci iclasıkeçiriləcək.

Əlavə edək ki, Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarınıvə açıqsahəsini əhatə edən builki “Caspian Agro” və “InterFood Azerbaijan”sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir.

Sərgilərə Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika,Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin,Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya,İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland,Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə,Türkmənistan və Yunanıstandan şirkətlər qatılıb. Almaniya, Belarus,Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə dəilk dəfə olaraq Misir Milli Qrupları sərgidə kənd təsərrüfatı vəqida sənayesi məhsullarını nümayiş etdiriblər.

Bu il ilk dəfə olaraq dörd gün davam edəcək “Caspian Agro”sərgisində kənd təsərrüfatında tətbiq olunan müasir innovativtexnologiyalar, texnikalar, müasir suvarma sistemləri nümayişolunur. İştirakçılar Elektron Kənd Təsərrüfatı, robototexnika,pilotsuz uçuş aparatları, IT xidmətləri, süni intellekt, ağıllıkənd, startaplar, alternativ enerji mənbələri, “Green agro” kimismart bölmələrdə maraqlı məlumatlar əldə edə bilərlər.

Builki sərgidə ilk dəfə olaraq balıqçılıq və akvakultura sahəsidə təmsil olunur. “Caspian Agro” sərgisi balıqçılıq və akvakulturasahəsinin də inkişafına dəstək verəcək innovativ həllərin vəqabaqcıl texnologiyaların nümayişi üçün mühüm platformadır.

Xəbər yenilənəcək

Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Beynəlxalq
Seçilən
0
4
az.trend.az

7Mənbələr