BAKI, 12 may. TELEQRAF
PKK terror təşkilatının ləğvi bəyannaməsində PKK-nın qurucuları Rza Altun və Ali Haydar Kaytanın Türkiyə Silahlı Qüvvələrinin əməliyyatlarında öldürüldüyü açıqlanıb.
Teleqraf xəbər verir ki, Kaytanın İraqın şimalında keçirilən əməliyyatda zərərsizləşdirilidiyi bildirilib.
Türkiyə KİV yazır ki, PKK/KCK terror təşkilatının qurucularından biri, KCK “İcraiyyə Şurası”nın üzvü Ali Haydar Kaytanın ölməsi təşkilatın parçalanmasının qarşısını almaq və terrorçuların əhval-ruhiyyəsini yüksək tutmaq üçün gizli saxlanılıb.
PKK özünün qurucularından biri olan Kaytanın ölümünü gizlətmək üçün edam üsulundan istifadə edib.
PKK/KCK-nin digər qurucularından biri Rza Altunun Türkiyə ordusunun əməliyyatlarında məhv edilməsi də etiraf olunub. Onun ölümü də uzun müddət eyni məqsədlərə görə gizli saxlanılıb.
Xatırladaq ki, PKK-nın çətir təşkilatı KCK bundan əvvəl terror təşkilatının ləğv olunduğunu bəyan etmişdi.