EN

Arif Babayev xəstəxanadan evə buraxıldı

BAKI, 12 may. TELEQRAF

Xalq artisti Arif Babayev xəstəxanadan evə buraxılıb.

Bu haqda Teleqraf-a Xalq artistinin həyat yoldaşı Gültəkin Babayeva məlumat verib.

“Həyat yoldaşım üç gün Mərkəzi Klinikada müalicə edildi. Səhhəti normallaşdı, hazırda ev şəraitində müalicəsi davam edir", - G.Babayeva deyib.

Qeyd edək ki, Arif Babayev 1938-ci ildə Ağdam rayonunda anadan olub. Uzun illər Azərbaycan Milli Konservatoriyasının Muğam kafedrasına rəhbərlik edib.

Chosen
0
1
teleqraf.com

2Sources