EN

Azərbaycanın ən hündür asma körpüsündə görülən tikinti işləri açıqlandı

Bakı.Trend:

Muğanlı-İsmayılı-Qəbələ yolunun 5-ci kilometrliyində inşaedilən, uzunluğu 1195, eni 23, hündürlüyü 76,5 metr olan asmakörpüdə işlər davam etdirilir.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan AvtomobilYolları Dövlət Agentliyindən məlumat verilib.

Qeyd olunub ki, hazırda körpünün dayaqlarının doqquzunda işlərtam olaraq yekunlaşıb.

"Digər dörd dayaqda isə son tamamlama işləri görülür. Layihəçərçivəsində asma körpüdə bəzi işlər tamamlanıb. Bura dayaqlarınqazılması, svay bərkitmə, bütövlük testləri və bəzi dayaqlarınbünövrələrinin inşası daxildir", - deyə qurumdan bildirilib.

Qeyd edək ki, əhalinin, yerli və xarici turistlərin rahatgediş-gəlişində xüsusi əhəmiyyətə malik Muğanlı-İsmayıllı-Qəbələavtomobil yolunun 4.5-ci km-də Ağsuçay üzərində asma körpü inşaedilir. Layihə başa çatdıqda, bu, Azərbaycanın ən hündür asmakörpüsü olacaq.

Məqalədə:
Chosen
0
5
az.trend.az

6Sources