EN

Təyyarə İrəvana enə bilmədi, Azərbaycan şəhərinə endi


İrəvanda güclü külək səbəbindən iki sərnişin təyyarəsi Zvartnots beynəlxalq hava limanına enə bilmir.

News24.az axar.az-a istinadla xəbər verir ki, bu barədə “Flightradar”ın məlumatında deyilir.

Belə ki, Şarjadan havaya qalxan “Air Arabia” şirkətinə məxsus “Airbus A320” təyyarəsi Ermənistan səmasında dövr edir.

Moskva-İrəvan reysini yerinə yetirən “Şirak Avia” aviaşirkətinin “Boinq 737” təyyarəsi də İrəvan hava limanına enə bilmir.


***

Şarjadan gələn təyyarə İrəvana enə bilməyib, buna görə də Təbriz aeroportuna eniş etməyə məcbur olub.

Chosen
0
5
news24.az

10Sources