Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu bu gün keçirilib.
Offsideplus.az xəbər verir ki, seriyanın 5-ci matçında "Sabah" "Neftçi"ni qəbul edib. İlk 2 qarşılaşmanı "bayquşlar" qazansa da, "ağ-qaralar" hesabı bərabərləşdirməyi bacarmışdı. Bu dəfəki Bakı derbisində isə "Sabah" qalib gəlib.
Əlavə edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan çempionu olacaq.
Final seriyası:
17:00 "Sabah" - "Neftçi" 107:89 (24:22, 33:17, 25:19; 25:31)
Seriyada hesab: 3:2