Azərbaycan Basketbol Liqasında final seriyasının növbəti oyunu bu gün keçiriləcək.

Offsideplus.az xəbər verir ki, seriyanın 5-ci matçında "Sabah" "Neftçi"ni qəbul edəcək. İlk 2 qarşılaşmanı "bayquşlar" qazansa da, "ağ-qaralar" hesabı bərabərləşdirməyi bacarıb.

Bakı İdman Sarayında təşkil olunacaq görüş saat 17:00-da start götürəcək.

Əlavə edək ki, final seriyasında 4 qələbə qazanan komanda Azərbaycan çempionu olacaq.

Final seriyası:

17:00 "Sabah" - "Neftçi" 57:39 (24:22, 33:17) (fasilə)