EN

Almaniya kansleri: "Rusiya-Ukrayna danışıqları üçün atəşkəs vacibdir"

​BAKI, 11 may. TELEQRAF

Almaniya kansleri Fridrix Merts Rusiya və Ukrayna arasında sülh danışıqlarına başlanması üçün öncə atəşkəsin təmin olunmasının zəruri olduğunu bildirib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial şəbəkə “X”də paylaşım edib.

Kansler qeyd edib ki, Rusiya tərəfi danışıqlara hazır olduğunu bildirərək yaxşı bir ilk addım atıb:

"Lakin o, bu kifayət deyil. Moskvanın atəşkəsə razı olmasını gözləyirik. Döyüşlərin dayandırılması "əsl dialoqun" başlanması üçün vacib şərtdir. Toplar susmadan danışıqlara başlamaq mümkün deyil".

Qeyd edək ki, eyni tələb, Fransa Prezidenti Emmanuel Makron tərəfindən də irəli sürülüb. O, danışıqların başlanması üçün atəşkəsin təmin edilməsinin zəruriliyini vurğulamışdı.

Chosen
0
1
teleqraf.com

2Sources