EN

İran nüvə müzakirələrində təyinedici məqsədə nail olunacağına ümid edir - Araqçi

Bakı. Trend:

İran ABŞ ilə dolayı şəkildə keçirilən nüvə müzakirələrinin 4-cüraundunda təyinedici məqsədə nail olunacağına ümid edir.

Trend-inməlumatına görə, bunu İran xarici işlər naziri Seyid Abbas Araqçibu gün Omana səfər etməzdən öncə Tehranda jurnalistlərəaçıqlamasında deyib.

Onun sözlərinə görə, ABŞ ilə indiyədək baş tutan 3 raund ərzindəİran müəyyənləşmiş mövqeyini qoruyub və tam şəffaf şəkildə özqərarlarını bəyan edib.

Araqçi bildirib ki, İranın nüvə proqramı güclü hüquqi əsaslarasahibdir. Bu proqramın bütün cəhətləri dincməqsədlidir. Həmişə AtomEnerjisi üzrə Beynəlxalq Agentliyin nəzarətində olub və olacaq.

“Uranın zənginləşdirilməsi İranın əldə etdiyi nailiyyət vəfəxrlərdən biridir. Uranın zənginləşdirilməsi İrana baha başagəlib. Bu yolda nüvə alimlərinə sui-qəsdlər törədilib. Ona görə, buməsələ müzakirə olunacaq məsələ deyil. Təbii ki, naməlum nüanslar,suallar və yaxud hər hansı narahatlıq olarsa, İran etimad yaratmağahazırdır”, - deyə o qeyd edib.

Qeyd edək ki, 12, 19 və 26 aprel tarixlərində İran və ABŞarasında İranın nüvə proqramı ilə əlaqədar dolayı müzakirələrin 3raundu keçirilib. Dolayı müzakirələr Oman Krallığının xarici işlərnaziri Seyid Bədr Əlbusəidinin vasitəçiliyi, İran nümayəndəheyətinə xarici işlər naziri Seyid Abbas Araqçi və ABŞ nümayəndəheyətinə ABŞ-nin Yaxın Şərq məsələləri üzrə xüsusi nümayəndəsi StivUitkofun başçılığı ilə təşkil olunub. Müzakirələrin 1 və 3-cüraundu Oman paytaxtı Məsqətdə, 2-ci raundu isə İtaliya paytaxtıRomada baş tutub.

Müzakirələrin 4-cü raundu 11 mayda Oman paytaxtı Məsqətdəkeçiriləcək.

Məqalədə:
Chosen
0
az.trend.az

1Sources