EN

Şri-Lankada avtobusun dərəyə aşıb -21 nəfər ölüb

Şri-Lankanın mərkəzində sərnişinləri daşıyan avtobusun dərəyə aşması nəticəsində 21 nəfər ölüb, 30-dan çox insan yaralanıb.

Day.Az-ın məlumatına görə, bu barədə yerli polis xəbər verib.

"Nuwara Eliya-Qampola əsas yolunda avtobus yoldan çıxıb və dərəyə düşüb", - deyə qeyd olunub. Qəzada ölənlərin şəxsiyyəti hələlik müəyyən edilməyib.

Dövlətə nəqliyyat şirkətinə məxsus avtobusun Kataraqama ziyarətgahından Kuruneqala şəhərinə gedən 75 sərnişini daşıdığı bildirilib.

Chosen
0
1
day.az

2Sources