EN

"Hələ ki, özüm-özümlə rəqabət aparıram, tələbələrim avroviziya səhnəsini fəht edir"-FOTO+ÖZƏL

"Görünən işlərin həcmi və sayından da anlamaq olur ki, Elnarə Xəlilova hər zamankı kimi öz iri həcmli işlərinin başındadır və bir çox həmyaşıdlarından fərqli olaraq artıq aya 1 yox, 4 layihə edir. Hələ ki, özü özü ilə rəqabət aparan sənətçi sənət meydanında hər kəsi böyük məmnuniyyətlə gözləyir və bütün həmkarlarına yaradıcılıq uğurları arzu edir"
 
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Elnarə Xəlilova deyib. O daha sonra onun pedaqoji fəaliyyətlə məşğul olmağını qəbul etməyən həmkarlarından danışıb:
"Allah təki hər kəsə Elnarə Xəlilova kimi gündəmə öz uğurları ilə gəlməyi nəsib etsin, nümunə ola bilmək çox gözəl hissdir. O ki, qaldı dərs deməyə.. Dərs deyə bilmək üçün ilk növbədə çoxlarında olmayan pedaqogika və musiqi üzrə Ali təhsilin olmalıdır ki, çox şükür, hər 2 ali təhsil Elnarə Xəlilovada var. Və Elnarə Xəlilovanın bir vaxtlar hələ Vaqif Gərayzadənin rəhbərlik etdiyi məşhur “Şərq Ulduzları” ansamblında dərs dediyi tələbələri bu gün Avroviziya səhnələrini fəth edirlər və bu günümüzün real nəticələri və faktlarıdır. Başqa şərhə ehtiyac görmürəm" deyə o bildirib.
O daha sonra rəhbərlik etdiyi "El" yaradıcılıq mərkəzinin uğurlarından danışıb:
"Bir neçə həftə əvvəl mərkəzin yeni layihəsi El Vino Elnarə Xəlilova bəstəsi olan sözləri Tural Nəqşicahana aid “Qalıb” adlı trekini çıxardı. Bununla yanaşı, Elnarə Xəlilova tələbələri ilə birgə bəstəkar və müğənni Rəhim Rəhimliyə “El” yaradıcılıq mərkəzində onun qardaşı və varisi Anar Rəhimlinin iştirakı ilə xatirə gecəsi təşkil etdi. Gecədə şəxsən iştirak edən Anar Rəhimli öz ailəsi adından bu gözəl addıma görə Elnarə Xəlilova başda olmaqla bütün mərkəz üzvlərinə öz dərin minnətdarlığını bildirdi. Bundan savayı bir neçə həftə əvvəl Elnarə Xəlilova öz tələbələri ilə Zirə Mədəniyyət Mərkəzində Bakı Baş Mədəniyyət idarəsinin dəstəyi ilə “Nur” daun sindromlu uşaqlar üçün böyük bir konsert proqramı ilə çıxış etdilər. Tədbir çərçivəsində bəstəkar müğənni Rəhim Rəhimlinin müəllifi olduğu məşhur “Gözümün içinə bax” treki də mərkəzin fəal üzvlərindən biri Piri Əliyevlə Elnarə Xəlilova birgə dueti də səsləndi. Və elə həmin ərəfələrdə də eyni adlı ekran işi də tamaşaçıların ixtiyarına buraxıldı ki, bu da öz növbəsində “El” yaradıcılıq mərkəzinin Rəhim Rəhimliyə etdiyi ithafda öz nöqtəsini qoydu" deyə müğənni bildirib.
Chosen
0
moderator.az

1Sources