Bu gün Misli Premyer Liqasında 34-cü tura yekun vurulacaq.
İdmanxeber.az xəbər verir ki, son oyun günündə 2 matç keçiriləcək. Əvvəlcə 29 xalla 9-cu pillədəki “Kəpəz” Tovuzda 30 xala malik və 8-ci yerdə olan “Sumqayıt”ı qəbul edəcək.
Turun son matçında isə artıq çemponluğu təmin edən “Qarabağ” üçüncü pillədəki “Araz-Naxçıvan”ı sınağa çəkəcək.
Naxçıvan klubu bu matçda 1 xal qazansa, bürünc medalları təmin edəcək.
11 may (bazar)
18:00. “Kəpəz” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Kamran Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tovuz şəhər stadionu
20:00. “Qarabağ” – “Araz-Naxçıvan”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
VAR: Rauf Cabarov
AVAR: Rəhman İmami
“Azersun Arena”