EN

Almaniya Sol Partiyası kapitalizmə qarşı mübarizəni və silahlanmaya etirazı prioritet elan edib

Bakı. Trend:

Almaniyanın Sol Partiyasının Xemnits şəhərində keçirilənqurultayı başa çatıb.

Trend-in Kazinformagentliyinə istinadən verdiyi məlumata görə, iki gün davam edəntoplantıda partiya ölkənin silahlanma proqramına qarşı çıxıb,İsrailin siyasətini tənqid edib və kapitalizmə qarşı qəti mövqeortaya qoyub.

Təxminən 530 nümayəndənin qatıldığı qurultayda qəbul edilənqətnamədə Sol Partiya yenidən silahlanmaya, sosial ixtisarlara,iqlim pozuntularına və sağa meylli siyasi trendlərə qarşımübarizədə mərkəzi rol oynamaq niyyətini bildirib. Sənəddə xüsusiləvurğulanıb: “Biz varlıların daha da varlanmasına, milyardlarlaavronun silahlara yönəldilməsinə qarşı çıxırıq.”

Qurultay iştirakçıları Almaniyanın yeni hökumətini sosialdövlətin zəiflədilməsi və avtoritar iqtisadi modellərə meyl etməkdəittiham ediblər. Onların fikrincə, yeni kabinet silahlanma naminəölkəni daha da silahlandırmağa davam edəcək.

Partiyanın yeni seçilmiş 37 yaşlı lideri Haidi Rayxinnekçıxışında Sol Partiyanın sosialist bir təşkilat olaraq inkişafedəcəyini və kapitalizmə qalib gəlmək üçün bütün gücü iləçalışacağını bəyan edib. O, həmçinin Şərqi Almaniyada güclənən sağpopulist “Almaniya üçün Alternativ” partiyasına qarşı əsas mübarizəaparacaqlarını da vurğulayıb.

Qurultay Sol Partiyanın gələcək siyasi kursunu daha radikal vəanti-kapitalist istiqamətə yönəltməsi baxımından xüsusi əhəmiyyətdaşıyır.

Chosen
0
az.trend.az

1Sources