BAKI. 11 may. TELEQRAF
Beynəlxalq Valyuta Fondu (BVF) Pakistana 1,4 milyard dollarlıq kredit verilməsini təsdiqləyib.
Teleqraf xəbər verir ki, BVF Pakistanın iqtisadi sabitliyin təmin edilməsində və etimadın bərpasında mühüm irəliləyiş əldə etdiyini bəyan edib.
Qeyd olunur ki, kredit Pakistana dayanıqlı iqlim layihəsi çərçivəsində ayrılıb.