EN

Keçmiş Ermənistan MN sözçüsündən SƏRSƏM SÖZLƏR - "Hitler "Böyük Ermənistan"ı qura bilərdi"

Ermənistan Müdafiə Nazirliyinin mətbiat xidmətinin keçmiş başçısı gülünc açıqlamaları ilə yenidən gündəmə gəlməyi bacarıb.

Musavat.com xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin keçmiş sözçüsü Arsrun Hovhannisyan ölkə televiziyalarından birində qatıldığı proqramda verdiyi açıqlamalarla sözü əsl mənasında hər kəsi güldürməyə nail ola bilib.

Belə ki, o, II Dünya Müharibəsi dövrünə toxunub və mübahisəli iddialar səsləndirib. Onun sözlərinə görə, əgər Adolf Hitler həmin dövrdə Qafqazı ələ keçirsəydi, bu, Ermənistan üçün tarixi ərazilərin bərpasına yol aça bilərdi.

Hovhannisyan qeyd edib ki, guya belə bir ssenaridə erməni legionları vasitəsilə Türkiyəyə hücum edilə və “Böyük Ermənistan”ın qurulmasına imkan yaradıla bilərdi.

Onun verdiyi bu sərsəm açıqlama elə öz ölkəsində də gülüşlə qarşılanıb. Sosial şəbəkələrin erməni seqmentində onun fikirlərinə lağ-lağı ilə yanaşıblar. 

Xatırladaq ki, Hovhannisyan 44 günlük müharibə zamanı Ermənistan MN-in sözçüsü vəzifəsində çalışıb. Həmin zamanlarda da özünün hərəkətləri və gülünc açıqlamaları ilə yadda qalmışdı.

Toğrul İSMAYIL,
Musavat.com

Chosen
0
4
musavat.com

5Sources