EN

Şəkidə yük avtomobili ilə mikroavtobusun toqquşması nəticəsində 7 nəfər xəsarət alıb - FOTO - VİDEO - YENİLƏNİB

Şəkidə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alan 7 nəfərin şəxsiyyəti müəyyən edilib.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, xəsarət alanlardan 5 nəfəri "Mercedes Vito" markalı mikroavtobusda olan Balakən rayon sakinləridir. Onlar aşağıdakılardır:

- 1986-cı il təvəllüdlü Asif Vaqif oğlu Gündüzzadə (mikroavtobusun sürücüsü);

- 1992-ci il təvəllüdlü Turqut Lütvəli oğlu Əliyev;

- 2019-cu il təvəllüdlü Kənan Səxavət oğlu Qədirzadə;

- 1962-ci il təvəllüdlü Tükəz Usub qızı İsgəndərova;

- 1961-ci il təvəllüdlü Yetər Bayram qızı Ocaqverdiyeva;

Digər iki yaralı isə "Ford" markalı xırda tutumlu yük avtomobilinin sürücüsü, Şəki rayon sakini 1987-ci il təvəllüdlü Elşən Cəmaləddin oğlu Məmmədov və onun 2013-cü il təvəllüdlü oğlu Əli Məmmədlidir.

Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinəsi davam etdirilir.

Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.



***
17:23

Şəkidə xırdatutumlu yük avtomobili ilə sərnişin daşıyan mikroavtobus toqquşub, xəsarət alanlar var.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, Şəki şəhəri Salman Mümtaz küçəsində “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub. Nəticədə bir neçə nəfərin xəsarət aldığı bildirilir.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan APA-ya bildirilib ki, polis əməkdaşları tərəfindən yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırmalara başlanılıb.

Şəkidə Şəkidə Şəkidə Şəkidə Şəkidə
Chosen
0
1
apa.az

2Sources