AZ

Şəkidə yük avtomobili ilə mikroavtobus toqquşdu – FOTO

 Şəki şəhəri Salman Mümtaz küçəsində “Ford” markalı yük və “Mercedes Vito” markalı avtomobillər toqquşub.

Heftelik.az-ın APA-ya istinadən verdiyi məlumata görə, qəza nəticəsində 7 nəfər xəsarət alıb.

Xəsarət alanlardan 5 nəfəri “Mercedes Vito” markalı mikroavtobusda olan Balakən rayon sakinləridir:

– 1986-cı il təvəllüdlü Asif Vaqif oğlu Gündüzzadə (mikroavtobusun sürücüsü);

– 1992-ci il təvəllüdlü Turqut Lütvəli oğlu Əliyev;

– 2019-cu il təvəllüdlü Kənan Səxavət oğlu Qədirzadə;

– 1962-ci il təvəllüdlü Tükəz Usub qızı İsgəndərova;

– 1961-ci il təvəllüdlü Yetər Bayram qızı Ocaqverdiyeva;

Digər iki yaralı isə “Ford” markalı yük avtomobilinin sürücüsü, Şəki rayon sakini 1987-ci il təvəllüdlü Elşən Cəmaləddin oğlu Məmmədov və onun 2013-cü il təvəllüdlü oğlu Əli Məmmədlidir.

Yaralıların hamısı Şəki Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım Şöbəsinə yerləşdirilib. Hazırda onların müayinəsi davam etdirilir.

Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır.

Seçilən
0
1
heftelik.az

2Mənbələr