EN

Almaniyada psixiatrik klinikada üsyan baş verib

Bakı. Trend:

Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal torpağınınBedburq-Hau icmasında yerləşən psixi pozuntuları olan cinayətkarlarüçün klinikada üsyan baş verib.

Trend xəbər verirki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı bir pasiyent nəzarəti itirərək barrikadaqurub. Onun sərxoş olduğu və olduqca aqressiv davrandığı qeydedilir. Hələlik bu şəxsin ciddi mühafizə olunan zonada alkoqolunecə əldə etdiyi məlum deyil.

Sonradan digər pasiyentlər də ona qoşularaq üsyana başlayıblar.Onlar maneələr qurub, əraziyə od vurmağa cəhd ediblər. Polisüsyançıların sayının beş nəfər olduğunu ehtimal edir.

Hazırda digər pasiyentlərin təxliyəsi istiqamətində iş aparılır.Üsyançıların klinika əməkdaşlarını və ya digər pasiyentləri girovgötürüb-götürmədiyi hələlik məlum deyil.

Hadisə yerinə bütün regiondan xüsusi polis qüvvələri, o cümlədəngirovgötürmə hallarına qarşı ixtisaslaşmış bölmələr cəlb olunub.Klinikanın yaxınlığında zirehli texnikalar yerləşdirilib, xüsusitəyinatlılar helikopterlə əraziyə gətirilib.

Chosen
0
2
az.trend.az

3Sources