AZ

Almaniyada psixiatrik klinikada üsyan baş verib

Almaniyanın qərbində, Şimali Reyn-Vestfaliya federal torpağının Bedburq-Hau icmasında yerləşən psixi pozuntuları olan cinayətkarlar üçün klinikada üsyan baş verib.

Aznews.az xəbər verir ki, bu barədə Almaniyanın “Bild” nəşri məlumat yayıb.

Bildirilib ki, 27 yaşlı bir pasiyent nəzarəti itirərək barrikada qurub. Onun sərxoş olduğu və olduqca aqressiv davrandığı qeyd edilir. Hələlik bu şəxsin ciddi mühafizə olunan zonada alkoqolu necə əldə etdiyi məlum deyil.

Sonradan digər pasiyentlər də ona qoşularaq üsyana başlayıblar. Onlar maneələr qurub, əraziyə od vurmağa cəhd ediblər. Polis üsyançıların sayının beş nəfər olduğunu ehtimal edir.

Seçilən
0
2
aznews.az

3Mənbələr