Sonra RİH-nin iclas zalında bədii-musiqili hissədən ibarət tədbir keçirilib. Azərbaycan Respubikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü naminə canından keçən şəhidlərimizin əziz xatirələri bir dəqiqəlik sükutla yad edilib. Daha sonra tədbir iştirakçıları Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar. Tədbirin bədii-musiqili hissəsində rayonun incəsənət ustalarının ifasında konsert proqramı nümayiş etdirilib. Bədii-musiqili konsert proqramında Ulu Öndər Heydər Əliyevə, həmçinin müstəqil Azərbaycana həsr olunan vətənpərvər ruhlu mahnılar ifa edilib.
Əvəzolunmaz xidmətləri ilə öz adını Azərbaycan tarixinə əbədi həkk etmiş Dahi şəxsiyyətin nurlu xatirəsi qəlbimizdə daim yaşayacaqdır.