EN

Məşhur müğənni məhkəməyə çağırıldı

Amerikalı müğənni Teylor Svift aktrisa Bleyk Layvli ilə Castin Baldoni arasında olan işdə şahid qismində ifadə vermək üçün məhkəməyə çağırılıb.

Publika.az xəbər verir ki, amerikalı aktrisa Bleyk Layvli dekabr ayında "It Ends With Us” filmində baş rolda çəkildiyi həmkarı Castin Baldonini cinsi zorakılıq və reputasiyasına xələl gətirmək cəhdləri iddiası ilə məhkəməyə verib.

Baldoni ittihamları rədd edərək Layvli və əri Ryan Reynoldsa qarşı 400 milyon dollarlıq böhtan iddiası qaldırıb.

Teylor Sviftin komandası verdiyi açıqlamada sənətçinin filmlə əlaqəsinin yalnız onun "My Tears Ricochet" mahnısından istifadə etməklə məhdudlaşdığını və onun çəkiliş meydançasına getmədiyini bildirib.

Chosen
0
1
publika.az

2Sources