BAKI, 10 may. TELEQRAF
Hazırda Hindistana qarşı nüvə variantı gündəmdə deyil.
Teleqraf xəbər verir ki, bunu Pakistan müdafiə naziri Xavaca Asif deyib.
Nazir bildirib ki, belə bir addımın (nüvə silahından istifadənin) nəticələri təkcə regionla məhdudlaşmayacaq, dağıntı daha geniş ola bilər.
“Amma Hindistanın yaratdığı vəziyyəti nəzərə alsaq, seçimlərimiz məhdudlaşır”, - Xavaca Asif vurğulayıb.