EN

Avropa İttifaqı ABŞ-nin atəşkəs çağırışına qoşuldu

BAKI, 10 may. TELEQRAF

Avropa İttifaqı (Aİ) Rusiyanı Ukraynada ən azı 30 gün ərzində tam atəşkəsə əməl etməyə çağırıb.

Teleqraf xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas məlumat verib.

K.Kallas bildirib: "Biz ABŞ-nin ən azı 30 gün ərzində tam, qeyd-şərtsiz atəşkəs çağırışına qoşuluruq. Rusiya indi sülhə sadiqliyini nümayiş etdirməlidir. Hərbi əməliyyatların dayandırılması sülh danışıqlarına şərait yaratmaq üçün mühüm addım ola bilər”.

Chosen
0
teleqraf.com

1Sources