EN

Azərbaycan millisi Belarus yığmasını məğlub etdi

BAKI, 9 may. TELEQRAF

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ilk yoxlama görüşünü keçirib.

Teleqraf xəbər verir ki, U-16 Belarusun müvafiq yaş qrupundan ibarət yığması ilə qarşılaşıb.

Binə stadionunda təşkil olunan oyun Azərbaycan seçməsinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Milli komandanın heyətində qolları 44-cü dəqiqədə Ömər Kosayev və 59-cu dəqiqədə Ruslan Quliyev vurublar.

Qeyd edək ki, Azərbaycan və Belarus milliləri mayın 11-də ikinci yoxlama görüşündə üz-üzə gələcəklər. Oyun saat 16:00-da Binə stadionunda baş tutacaq.

Chosen
0
3
teleqraf.com

4Sources