Aktyor Müşviq Şahverdiyevin efirlərin birində qonaq olub.
Day.Az xəbər verir ki, anasının onu tək-tənha, min bir əziyyətlə böyütdüyünü deyən aktyorun gözləri dolub.
Müşviq səmimi düşüncələrini bölüşərək kövrəlib:
"Mən hər bir şeyi onunla məsləhətləşirəm. Evə girəndə onunla dost-qardaş kimi qucaqlaşıram. Bir-birimizdən soruşuruq ki, kim hara getdi, nə etdi. Onun yanında deyə bilməyəcəyim heç bir şey yoxdur. Hər şeyi danışıram. Məsələləri, görəcəyimiz işləri müzakirə edirik.
Onu deyə bilərəm ki, anamı sevirəm".