EN

Direktor şikayətə gələn futbolçulara düzünü söylədi: “Berdiyev bizi saymır”

«Turan Tovuz»un bir qrup futbolçusu idman direktoru Səməd Nəsibovla görüşüb. Bu barədə klubdan saytımıza məlumat verilib. Həmin informasiyaya görə, əsas komandanın üzvləri Kurban Berdiyevdən funksionerə şikayət edib. Onlar baş məşqçinin iş prinsillərindən narazılıqlarını dilə gətirib, fiziki çalışmaların ağır olduğunu bildiriblər. Oyunçular «Baba» adı verdikləri rusiyalı mütəxəssisin gündəlik hazırlıq prosesinin yourucu və darıxdırıcı olduğunu, taktiki yöndə az işlədiklərini deyiblər. Qeyd ediblər ki, 73 yaşlı sükançı məşqlərdə əsasən standart vəziyyətlərə vaxt ayırır.
S.Nəsibov futbolçuları dinləyib və deyilənlərlə razılaşıb. Amma sonda əsl etiraf edib. Komanda üzvlərinin diqqətinə çatdırıb ki, o və rəhbərlikdə təmsil olunan şəxslərdən heç biri Berdiyevin işinə qarışmır, heç buna səlahiyyətləri də yoxdur. Çünki baş məşqçi faktiki olaraq heç kimi saymır.

SPORTİNFO.AZ

Chosen
0
sportinfo.az

1Sources