EN

Hindistan ordusuna Pakistanla bağlı yeni səlahiyyət verildi

Hindistan hökuməti ordu komandanlığına ölkənin müxtəlif yerlərində mövcud olan könüllü ehtiyat qüvvələri – “Ərazi Ordusu”nu (TA) silahlı qüvvələrə kömək etməyə çağırmaq səlahiyyəti verib.

Teleqraf xəbər verir ki, bu barədə Hindistanın PTI agentliyi məlumat yayıb.

Agentlik bildirir ki, bu addım Hindistan və Pakistan arasında davam edən hərbi münaqişə ilə əlaqədar atılıb.

“Ərazi Ordusu”nun nizami ordunu lazımi müdafiə və dəstəklə təmin etmək məqsədilə çağırıla biləcəyi deyilir.

Qeyd olunur ki, ordu rəhbərliyi TA-ya daxil olan hər bir kəsi çağırmaq səlahiyyətinə malikdir.

Xatırladaq ki, 1949-cu ildə yaradılan “Hindistan Bölgə Ordusu” müxtəlif münaqişələrdə iştirak edib.
Chosen
0
1
sherg.az

2Sources