Arda Turan Donetsk "Şaxtyor"unun yeni baş məşqçisi olmaq üzrədir.
Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssislə Ukrayna klubunun idman direktoru Dario Srna arasında danışıqlar müsbət keçib. İki tərəf arasında son müzakirələr gedir.
Bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
A. Turan 2023-cü ilin aprelindən "Eyüpspor"u çalışdırır. O, aşağı liqada götürdüyü komandanı yuxarı çıxarmağı bacarıb.