EN

Pakistandan Hindistana xəbərdarlıq: Cavabınızı ordu verəcək

BAKI, 9 may. TELEQRAF

Pakistan BMT Nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququna malikdir.

Teleqraf xəbər verir ki, bunu Pakistan baş nazirinin müşaviri Rana Sanaullah deyib.

Pakistan rəsmisi ölkəsinin özünümüdafiədən və Hindistanın təcavüzünə cavab verməkdən çəkinməyəcəyi barədə xəbərdarlıq edib:

“Pakistan Silahlı Qüvvələri Hindistanın təcavüzünə cavab olaraq lazımi tədbirlər görmək səlahiyyətinə malikdir və ölkə belə addımlara tam gücü ilə cavab vermək hüququnu özündə saxlayır”.

Sanaullah əlavə edib ki, Pakistan ardıcıl olaraq dialoqa can atsa da, iki ölkə arasındakı insidentlərlə bağlı obyektiv araşdırmalar təklif etsə də, Hindistan bunu rədd edərək, təcavüzkar yol tutub:

“İndi Pakistan özünümüdafiə hüququndan istifadə edəcək və cavab tədbirinin vaxtı və yerini Silahlı Qüvvələr müəyyən edəcək”.

Xatırladaq ki, Hindistan mayın 6-dan 7-nə keçən gecə Pakistan ərazisinə hava zərbələri endirib. Hücum zamanı Pakistanda 31 nəfər mülki şəxs həlak olub, 50-yə yaxın insan yaralanıb. Pakistan cavab olaraq, Hindistanın hərbi hədəflərinə zərbələr endirib. Nəticədə Hindistanın 5 qırıcısı, sərhəddə briqada qərargahı və digər hərbi hədəfləri məhv edilib.

Chosen
0
teleqraf.com

1Sources