EN

ABŞ-dan etiraf: Bu zülmə şərik olduq, tarix bizi bağışlamayacaq!

Senator Berni Sanders ABŞ-ın Qəzzada baş verən humanitar fəlakətdə şərik olduğunu bəyan edib.

Publika.az xəbər verir ki, Sanders Senatdakı çıxışında Qəzzaya humanitar yardımın gəlməsinin qarşısının alınmasından danışıb.

"Mən bütün dünyada insanların düşündüyü, təəccübləndiyi, lakin nədənsə bu ölkənin paytaxtında və ya Konqresin dəhlizlərində çox az müzakirə olunan bir şey haqqında danışmaq istəyirəm. İsrailin Qəzzaya bütün yardımlarını kəsməsi əsas ehtiyacların rədd edilməsi ilə kütləvi aclıq və ölümlə nəticələnən yavaş və qəddar bir prosesdir. Bu metodikdir, qəsdəndir”, - deyə Sanders söyləyib.

O, Qəzzada baş verənlərin insan tərəfindən yaradılmış kabus olduğunu vurğulayıb:

"Bu gün Qəzzada baş verənlər dünyanın ortaq vicdanında qalıcı bir ləkə olacaq. Tarix heç vaxt unutmayacaq ki, biz buna icazə verdik və ABŞ-da davam edən zülmü mümkün etdik".

Chosen
0
publika.az

1Sources