EN

Azərbaycanın mərhum Dövlət Katibinin oğlunun istintaqı başa çatdı

Azərbaycanın 1-ci Dövlət Katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Publika.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.

Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.

Chosen
0
6
publika.az

9Sources