Azərbaycanın 1-ci Dövlət Katibi, mərhum akademik Tofiq İsmayılovun oğlu Mir Heydər İsmayılovun barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Publika.az Teleqraf-a istinadla xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Yaxın günlərdə bu iş üzrə məhkəmə başlanacaq.
Qeyd edək ki, Mir Heydər İsmayılov iki nəfərə torpaq alqı-satqısında kömək edəcəyi barədə yalan vəd verməkdə, onların 810 min manatını ələ keçirməkdə ittiham edilir.