BAKI, TurkicWorld
Almaniyada immiqrasiya ilə bağlı “milli fövqəladə vəziyyət” elan edilib.
TurkicWorld xəbər verir ki, Almaniya kansleri Fridrix Merz immiqrasiya siyasətində sərtləşdirməyə yönəlik addım ataraq ölkə sərhədlərinə daimi nəzarət üçün “milli fövqəladə vəziyyət” elan edib.
Merz bu qərarla Avropa İttifaqının fəaliyyətinə dair müqavilənin 72-ci maddəsini aktivləşdirməyi hədəfləyir.
Almaniya mətbuatına görə, bu addım kanslerin seçkiqabağı verdiyi vədlərdən birinin həyata keçirilməsi kimi qiymətləndirilir.
Sərhədlərə daimi nəzarətin nə vaxt qüvvəyə minəcəyi isə hələlik açıqlanmayıb.