"ABŞ bölgədə gərginlik yaradaraq Çini zəiflətməyə çalışır"
Politoloq Vəli Əlibəyov bu sözləri News365.az-a açıqlamasında deyib.
" Ümumiyyətlə, həmin region olduqca mürəkkəb və həssas bir coğrafiyadır. Orada bir çox dövlətlərin maraqları kəsişir. Hətta bu iki toqquşan tərəfin müttəfiqlərinə nəzər yetirsək, görərik ki, digər platformalarda bir-birinə rəqib olan qüvvələr məhz bu bölgədə müəyyən məsələlərdə birləşərək ortaq fəaliyyət göstərirlər.
Digər bir mühüm məqam isə sizin də vurğuladığınız kimi, ABŞ-ın bu proseslərdəki roludur. Xüsusilə Donald Trampın siyasi xarakterini və onun istədiklərinə nail olmaq üçün heç bir addımdan çəkinmədiyini nəzərə alsaq, demək mümkündür ki, bölgədəki gərginliyin yaranmasında ABŞ-ın da dolayısı və ya bilavasitə təsiri olub. Məqsəd isə – sizin də qeyd etdiyiniz kimi – Çini zəiflətmək, bölgədə qeyri-sabitlik yaratmaq və bununla da Çinin iqtisadi ekspansiyasının qarşısını almaqdan ibarətdir."