EN

İngiltərənın 6 klubu Çempionlar Liqasında iştirak edəcək

BAKI, 9 may. TELEQRAF

UEFA Çempionlar Liqasının (ÇL) 2025/2026 mövsümündə İngiltərə 6 komanda ilə təmsil olunacaq.

Teleqraf xəbər verir ki, bu “Mançester Yunayted” və “Tottenhem”in UEFA Avropa Liqasında (AL) finala yüksəlməsindən sonra dəqiqləşib.

Qurumun reqlamentinə əsasən, AL-nin qalibi birbaşa ÇL-nə vəsiqə qazanacaq. Həmçinin İngiltərə Premyer Liqasında mövsümü ilk 5 yerdə bitirən komandalar da mötəbər turnirdə iştirak edəcək.

Qeyd edək ki, “Liverpul” çempion olmaqla ÇL-yə ilk vəsiqəni qazanan komanda olub. “Arsenal”, “Mançester Siti”, “Nyukasl Yunayted”, “Çelsi”, “Nottingem Forest” və “Aston Villa” isə bu hüquq üçün mübarizənı davam etdirir.

Chosen
0
teleqraf.com

1Sources