EN

Bu sadə vərdişlə aylıq xərclərinizi 30% azalda bilərsiniz – ARAŞDIRMA

Bir sıra araşdırmalar göstərir ki, sadə bir vərdiş – gündəlik xərcləri qeyd etmək və büdcəyə nəzarət – insanlar üçün ciddi qənaət imkanı yaradır. Mütəxəssislərin sözlərinə görə, bu üsulu tətbiq edən şəxslər aylıq xərclərini ortalama 30%-ə qədər azalda bilirlər.

Bizim.Media xəbər verir ki, bunun üçün xüsusi maliyyə biliklərinə ehtiyac yoxdur. Sadəcə, hər gün etdiyiniz xərcləri yazmaq və ayın əvvəlində gəlir-xərc planı qurmaq kifayətdir:

"Bu metod qeyri-zəruri alış-verişlərin qarşısını alır və pulun hara xərcləndiyini daha aydın şəkildə görməyə imkan yaradır.
 

Maliyyə məsləhətçiləri bildirir ki, kağız-qələm və ya sadə mobil tətbiqlərlə bu prosesi həyata keçirmək mümkündür. Əsas məqsəd gündəlik nəzarəti vərdişə çevirmək və hər ayın sonunda xərclər üzərində təhlil aparmaqdır.


Uzunmüddətli perspektivdə bu vərdiş həm qənaət etməyə, həm də maddi sabitliyə nail olmağa kömək edir".

Bizim.Media

Chosen
0
bizim.media

1Sources