Qubada 11 yaşlı məktəblini xəstəxanalıq edən "Ford Fusion" markalı avtomobilin sürücüsü məlum olub.
Bizim.Media-nın yerli bürosunun əldə etdiyi məlumata görə, bu, Quba rayon sakini 31 yaşlı Kənan Rauf oğlu Muradovdur.
Qeyd edək ki, Quba şəhərindəki Azad Məmmədov adına 2 saylı məktəbin 5-ci sinif şagirdi İmran Teymurovu "Ford Fusion" markalı avtomobil vurub.
Müxtəlif xəsarətlər almış 11 yaşlı məktəbli Quba rayon xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.