EN

ABŞ şirkəti Panama kanalı kanalındakı iki limana nəzarət əldə etmək istəyir

Amerikanın investisiya şirkəti "BlackRock" strateji əhəmiyyətli Panama kanalı zonasında yerləşən iki limana nəzarət əldə etmək niyyətindədir...

Poliqon xəbər verir ki, bu barədə Çinin South China Morning Post qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Xəbərə görə, Honq Konqa məxsus "CK Hutchison Holdings" şirkətinin portfelindəki digər 41 liman isə İtaliyanın "Mediterranean Shipping Company" (MSC) şirkəti tərəfindən, onun törəmə müəssisəsi olan "Terminal Investment Limited" vasitəsilə satın alınacaq.

Mənbənin sözlərinə görə, bu halda "BlackRock" ümumi portfelin əksəriyyətinə sahib olmur. Hazırda "CK Hutchison" bu 43 limanın 80 faiz səhminə sahibdir.

Qeyd edək ki, ötən həftə Panama kanalındakı limanların operatoru olan "CK Hutchison Holdings" şirkətinin törəmə qurumu, Panamaya 1,2 milyard dollar ödəniş edilmədiyinə dair iddiaları təkzib edib.

Poliqon.info

Chosen
75
18
poliqon.info

10Sources