“İsraili yalnız ABŞ müharibəni dayandırmağa məcbur edə bilər” – HƏMAS-a ismarıc gəldi
Fələstin muxtariyyətinin vitse-prezidenti Hüseyn Şeyx bəyan edib ki, İsrailin Qəzza zolağında apardığı hərbi əməliyyatları dayandırmasına yalnız ABŞ təsir göstərə bilər. Musavat.com xəbər verir ki, bu barədə o, 'Al Arabiya' telekanalına verdiyi müsahibədə danışıb. Hüseyn Şeyx ümid etdiyini bildirib ki, HƏMAS hərbi əməliyyatların dayandırılmasına səbəb olacaq 'cəsarətli addımlar' atacaq.