AZ

Məşhur baş məşqçi kluba göz yaşları içində vida etdi - FOTOLAR

“Real Madrid”in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının 38-ci turunda “Real Sosyedad”la oyunda (2:0) “kral klubu”nun “sükanı arxası”nda son matçına çıxıb.

Sportinfo.az xəbər verir ki, italiyalı mütəxəssis vida oyununda göz yaşlarına hakim ola bilməyib.

Ançelotti 2021-ci ildən Madrid təmsilçisini çalışdırırdı. O, 2013-2015-ci illərdə də kluba rəhbərlik edib.

Karlo ümumilikdə qazandığı 15 titulla “Real” tarixinin ən uğurlu baş məşqçisi hesab olunur. İtaliyalı mütəxəssisin yeni iş yeri Braziliya millisi olacaq.



Seçilən
0
22
sportinfo.az

10Mənbələr