AZ

Rubio: ABŞ Ukraynanı silahla təmin edir...

ABŞ administrasiyası Kiyevi silahla təmin edir, lakin Rusiya-Ukrayna münaqişəsi tezliklə son qoyulmalıdır.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Dövlət katibi, Prezidentin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçirilən dinləmələrdə deyib.

“Biz hazırda onlara (Ukraynaya – red.) yardım göstəririk, lakin nəticədə müharibə başa çatmalıdır”, - o, əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton Kiyevi dünyada hamıdan çox dəstəkləyir.

Bundan əvvəl Ali Radanın deputatı İrina Qeraşenko bildirib ki, ABŞ-nin 46-cı prezidenti Cozef Bayden dövründə təsdiqlənmiş ən son hərbi yardım paketindən Kiyevə tədarük bu yay başa çatacaq. Aprel ayında Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Aleksandr Sırski Kiyevin Vaşinqtondan daha az yardım almağa başladığı barədə bildirib. Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenskinin aparat rəhbərinin müavini Pavlo Palisa bildirib ki, Kiyev Vaşinqtonla yeni hərbi yardım paketlərini hələ müzakirə etməyib.

Seçilən
0
3
bakivaxti.az

10Mənbələr