AZ

Tramp: Kanada ABŞ-nin Qızıl Qübbə raketdən müdafiə sisteminə qoşulmaq istəyir

BAKI, 21 may. TELEQRAF

Kanada Amerika Birləşmiş Ştatlarının (ABŞ) "Qızıl Qübbə" (“Golden Dome”) raketdən müdafiə layihəsinə qoşulmaq niyyətindədir.

Teleqraf xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp, Ağ Evdə Pentaqon rəhbəri Pit Heqset ilə birlikdə Qızıl Qübbə sisteminin yaradılması üçün vəsaitin ayrılması ilə bağlı çıxış edərkən bildirib.

ABŞ Prezidenti Kanada rəhbərliyinin onunla əlaqə saxladığını və bu ölkənin raketdən müdafiə layihəsində iştirak etmək niyyətində olduğunu açıqlayıb. Tramp bu niyyəti daha sonra müzakirə edəcəyini qeyd edib.

Seçilən
0
teleqraf.com

1Mənbələr