UVB-76 (Qiyamət Radio Stansiyası) iki yeni, deşifrə edilməmiş mesaj yayımlayıb.
Publika.az xəbər verir ki, bu barədə “UVB-76 logs” "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, ilk mesaj Moskva vaxtı ilə saat 16:15-də yayımlanıb: «НЖТИ 89905 Блефопуф 4097 5573».
İkinci mesaj isə Moskva vaxtı ilə 19:47-də göndərilib: «НЖТИ 01263 Болтанка 4430 9529».
Xatırladaq ki, aprelin 24-də "Qiyamət Radio Stansiyası"nda doqquz yeni, deşifrə edilməmiş mesaj qeydə alınmışdı.