UVB-76 (Qiyamət Radio Stansiyası) iki yeni, deşifrə edilməmiş mesaj yayımlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə “UVB-76 logs” "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, ilk mesaj Moskva vaxtı ilə saat 16:15-də yayımlanıb: «НЖТИ 89905 Блефопуф 4097 5573».
İkinci mesaj isə Moskva vaxtı ilə 19:47-də göndərilib: «НЖТИ 01263 Болтанка 4430 9529».
Xatırladaq ki, aprelin 24-də "Qiyamət Radio Stansiyası"nda doqquz yeni, deşifrə edilməmiş mesaj qeydə alınmışdı.
UVB-76 monoton səs-küyün üstünlük təşkil etdiyi, bəzən anlaşılmaz ifadələr, rəqəmlər və ya mənasız söz ardıcıllığı ilə kəsilən, demək olar ki, daimi yayımı ilə tanınır. Radiostansiyanın Rusiya Silahlı Qüvvələrinə aid olduğu güman edilir, lakin onun məqsədi barədə dəqiq heç nə məlum deyil. (Publika.az)
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta