AZ

Səhralara dair yeni PLAN

Monqolustan hökuməti Qobi səhrasını “yaşıl” enerjinin inkişafına xüsusi önəm verərək sənaye bölgəsinə çevirmək planlarını açıqlayıb.

Heftelik.az  xəbər verir ki, bu barədə Monqolustan Nazirlər Kabinetinin saytında məlumat verilib.

Qeyd olunub ki, 2040-cı ilə qədər səhrada 33 böyük layihənin həyata keçirilməsi planlaşdırılır. Onun yaşıllaşdırılması, toz fırtınalarının tezliyinin və şiddətinin azaldılması istiqamətində tədbirlər görüləcək.

Sərhəd zonalarına xüsusi diqqət yetiriləcək. Belə ki, Çinlə sərhəddə yerləşən Ulan-Bator-Zamin-Uud avtomobil yolu modernləşdiriləcək, Qobidəki sərhəd keçid məntəqələrində idxal olunan malların sınaqdan keçirilməsi üçün laboratoriyalar tikiləcək.

Vurğulanıb ki, hazırda rayon gəlirinin böyük hissəsini faydalı qazıntıların – kokslaşan kömür, flörpat və digər xammalın çıxarılmasından əldə edir.

Qobi səhrası dünyanın üçüncü ən böyük qum səhrasıdır. Monqolustan və Çin ərazisində yerləşir və 1,3 milyon kvadrat kilometr ərazini əhatə edir. Qobidə illik temperatur amplitudası -40°C ilə +45°C arasında dəyişir.

Seçilən
0
heftelik.az

1Mənbələr