İsrail ordusu Qəzza zolağında gedən döyüşlər zamanı daha bir əsgərinin öldüyünü bildirib.
“Report”un xəbərinə görə, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, “Dəmir izlər” 401-ci zirehli briqadanın döyüş mühəndisi batalyonunda xidmət edən 22 yaşlı serjant Yosef Yehuda Hirak həlak olub.
Onun Qəzza zolağının şimal hissəsində gedən döyüş zamanı öldüyü deyilir.