AZ

“Ukrayna Rusiya ilə sülhə aparan memorandum imzalaya bilər” - Zelenski

“Putinlə söhbətindən əvvəl Trampdan xahiş etdim ki, bizsiz Ukrayna ilə bağlı qərarlar qəbul etməsin. Bizim üçün bunlar əsas və çox vacib məsələlərdir”.

Bizim.Media xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-li həmkarı Donald Trampla telefon danışığı sonrası keçirdiyi mətbuat konfransında deyib.

Zelenski qeyd edib ki, danışıq bir saatdan çox vaxt aparıb:

“Bu gün prezident Trampla müxtəlif formatlarda iki dəfə telefon danışığım baş tutub. Biz Ukrayna üçün çox vacib məsələni müzakirə etdik - bu atəşkəsdir. Bunlar, İstanbulda və ümumiyyətlə daim müzakirə etdiyimiz qeyd-şərtsiz məsələlərdir. Biz razılaşdıq ki, Putinlə söhbətindən sonra da əlaqə saxlayacağıq”.
 

O bildirib ki, ikinci telefon danışığı zamanı əsas müzakirə mövzusu rəsmi Moskvanın müharibənin bitməsini dəstəkləmədiyi təqdirdə ABŞ-nin Rusiyaya qarşı daha ciddi sanksiyalar tətbiq etməsinə dair olub.


Bildirilib ki, ikinci zəng zamanı danışıqlara Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen, Fransa Prezidenti Emmanuel Makron, İtaliyanın Baş naziri Corciya Meloni, Almaniya Kansleri Fridriks Mers və Finlandiya Prezidenti Aleksandr Stubb da qoşulub.

“Prezident Tramp Ukrayna və Rusiya arasında birbaşa danışıqların ən vacib olduğuna inanır. Bu, onun mövqeyidir”, - Ukrayna lideri deyib.

Zelenski həmçinin təsdiqləyib ki, Ukrayna Rusiya ilə sülhə aparan memorandum imzalaya bilər:

“Kiyev memorandumun Moskva tərəfindən təklif edilən şərtləri gözləyəcək”.

Bizim.Media

Seçilən
0
11
bizim.media

3Mənbələr