AZ

Tramp-Putin danışığından sonra Zelenskidən

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinlə ABŞ-ın sabiq prezidenti Donald Tramp arasında baş tutan iki saatlıq telefon danışığından sonra açıqlama verib.Metbuat.az xəbər verir ki, Zelenski Rusiyanın müharibəni bitirməyə hazır olub-olmadığını bilədiyini deyib: “Onlara inanmırıq. Əvvəlcə atəşkəs tələb edirik”. O qeyd edib ki, Trampın açıqlamalarını izləyib və Rusiya tərəfindən təklifin detallı şəkildə təqdim olunmasını gözləyirlər.Ukrayna lideri Rusiyanın atəşkəs istəmədiyini, amma məsələnin təfərrüatlarını öyrəndikdən sonra mövqe bildirəcəklərini bildirib. Onun sözlərinə görə, Moskva müəyyən tələblərdən danışsa da, əslində hər şeyi tələb edir.Tramp isə telefon danışığının yaxşı keçdiyi ilə bağlı açıqlamaı verib. O, tərəflərin tezliklə atəşkəs və sülh danışıqlarına başlayacağını bildirib. Tramp əlavə edib ki, Putin bu qanlı savaşın sonlanması halında ABŞ-la geniş ticarət əlaqələri qurmaq istəyir. O, bu ticarətin həm Rusiya, həm də Ukrayna üçün böyük fürsət olacağını deyib.

Tramp sonda qeyd edib ki, Vatikan da danışıqlara ev sahibliyi etməyə hazırdır.

Seçilən
0
50
metbuat.az

10Mənbələr