AZ

Rusiya hərbi bazasının çıxarılmasını müzakirə etmirik - Simonyan

"Ermənistan Rusiya hərbi bazasının öz ərazisindən çıxarılmasını müzakirə etmir". 

Missiya.Az "TASS"-a istinadən xəbər verir ki, bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan deyib.

 “Belə bir şey yoxdur, Ermənistan bu gün Rusiya hərbi bazasının çıxarılması imkanını müzakirə etmir”, - o deyib. 

Qeyd edək ki, bundan əvvəl Ermənistan parlamentinin üzvü Tiqran Abramyan bəyan etmişdi ki, İrəvan və Bakı Rusiya hərbi bazasının Gümrüdən çıxarılması məsələsini razılaşdıra bilər. 

Nurlana ƏhmədovaMissiya.Az

Seçilən
0
2
missiya.az

10Mənbələr