AZ

İsrail bombaladı, Qəzzada 151 nəfər öldü


Dünən İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 151 nəfər həlak olub. Bu barədə Qətərin “Al Jazeera” telekanalı məlumat yayıb. Məlumata görə, onlardan 70-i Qəzza şəhərinin və Fələstin anklavının şimalındakı ərazilərin bombalanması nəticəsində həlak olub.
İsrailin Baş nazirinin ofisinin müşaviri Dmitri Gendelman bazar günü bildirib ki, ölkənin Müdafiə Ordusu Qəzza zolağında radikal HƏMAS hərəkatını məğlub etmək üçün həyata keçirilən hərbi əməliyyat olan “Gideonun arabaları” əməliyyatının həlledici mərhələsinə başlayıb.

Mətləb

Seçilən
0
50
baki-xeber.com

10Mənbələr